Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) iki əməkdaşları, Xarici dillər mərkəzinin dosenti Nurlana Kazımova və baş müəllimi Yasəmən Babayeva 11-14 noyabr 2021-ci il tarixində Omsk Dövlət Universitetində (ODU) keçirilmiş yazıçı Fyodor Dostoyevskinin 200 illik yubileyinə həsr olunmuş “Dövrlərin və nəsillərin astanasında Dostoyevski” adlı beynəlxalq konfransda iştirak ediblər.
Konfransda dos. N.Kazımova rus dilində hazırladığı “Dostoyevskinin azərbaycan dilinə tərcüməsinin tarixinə dair”, b/m. Y.Babayeva isə ingilis dilində “F.M.Dostoyevskinin dünya ədəbiyyatı, mədəniyyəti və tarixində ədəbi irsi” adlı tezisləri ilə çıxış ediblər.
Səfər zamanı ADPU və ODU arasında anlaşma memorandumu imzalanıb.